Livandan İsrailə 40-a yaxın mərmi atılıb

2023/10/1696666236.jpg
Oxunub: 129     17:36     13 İyun 2024    
Livandan İsrailin şimal regionlarına 40-a yaxın mərmi atılıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail ərazisinə 5 şübhəli hava hədəfi buraxılıb.

“Son bir neçə saat ərzində Qaliley və Qolan yüksəkliklərinin ərazilərinə 40-a yaxın mərmi atılıb. Çoxlu sayda mərmi hava hücumundan müdafiə sistemi tərəfindən uğurla ələ keçirilib. Amma bir neçə əraziyə zərbə endirilib. Bu, nəticədə yanğına səbəb olur”, - məlumatda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin