Mikael Forrest: "Fransa Yeni Kaledoniyanın təbii ehtiyatlarını tükəndirir"

2024/06/7d955-1718286278.jpg
Oxunub: 148     17:24     13 İyun 2024    
Fransa Yeni Kaledoniyanın təbii ehtiyatlarını tükəndirir.

Ordu.az xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrində və mətbuat konfransında deyib.

O, qeyd edib ki, Yeni Kaledoniya nikel yataqlarına görə dünyada dördüncü yerdədir və Fransa metropoliyası yüz ildən artıqdır ki, burada hasilatla məşğuldur: “Yalnız 2024-cü ildə biz nikel vergisini tətbiq edə və bu vergilərdən gələn gəlirlər vasitəsilə biz gələcək nəsil üçün fond yarada bildik”.

“Bu, aparteid rejiminə yaxın bir rejimdir, burada işləmək, dilimizdə danışmaq, bayıra çıxmaq hüququmuz yox idi, çoxsaylı neqativ hallarla qarşılaşdıq. Bütün bunlar kanak xalqına ciddi təsir göstərdi”, - M.Forrest bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Yeni-Kaledoniya  


Bizi "telegram"da izləyin