KTMT Paşinyanın Ermənistanın təşkilatdan çıxa biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib

2024/03/1710222015.jpg
Oxunub: 174     17:20     13 İyun 2024    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin təşkilata üzvlüyündən çıxa bilməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.

Ordu.az xəbər verir ki, KTMT Katibliyi Paşinyanın bəyanatları fonunda Ermənistanın təşkilatın tamhüquqlu üzvü olaraq qalmasından çıxış etdiyini açıqlayıb.

KTMT katibliyi Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın “Paşinyan deməyib ki, KTMT-dən çıxırıq, dedi ki, nə vaxt çıxacağımıza biz qərar verəcəyik” deyən açıqlamalarına diqqət çəkiblər.

“Bu baxımdan, biz ondan çıxış edirik ki, Ermənistan Respublikasının KTMT tədbirlərində iştirakının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, o, təşkilatın tamhüquqlu üzvü olaraq qalır”, - deyə KTMT katibliyi bəyan edib.

Qeyd edək ki, Paşinyan bu gün parlamentdə çıxışı zamanı KTMT-yə üzvlük dondurulduqdan sonra növbəti məntiqi addımın Ermənistanın bu təşkilatdan çıxması olacağını söyləyib. O, bununla bağlı hökumətin qərar verəcəyini deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Paşinyan  


Bizi "telegram"da izləyin