Moris Pindar: "Fransa Qvianası Parisin dənizaşırı departamentinə çevrilib"

2024/06/6fe08-1718285933.jpg
Oxunub: 148     17:07     13 İyun 2024    
Paris Fransa Qvianasını özünün dənizaşırı ərazilər departamentinə çevirib.

Ordu.az xəbər verir ki, bunu Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun üzvü Moris Pindar “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrində və mətbuat konfransında deyib.

“Fransa bizi dənizaşırı departamentinə çevirib. Ona görə də bildirirlər ki, bu, artıq onların daxili işidir. Sonra bizi qeyri-muxtar ölkələr siyahısından çıxarırlar. Yenidən bu siyahıya daxil olmaq üçün beynəlxalq səviyyədə çalışırıq”, - o bildirib.

O, həmçinin Bakı Təşəbbüs Qrupuna, xüsusilə onun icraçı direktoru Abbas Abbasova dəyirmi masanın təşkilinə və XXI əsrdə müstəmləkəçilik mövzusunun gündəmə gətirilməsinə görə təşəkkürünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa-Qvianası  


Bizi "telegram"da izləyin