NATO-nun mobil təlim qrupu tərəfindən HHQ-də kurs keçirilir - FOTOLAR

2024/06/75f60-1718284697.jpg
Oxunub: 187     17:11     13 İyun 2024    
2024-cü il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakı şəhərində HHQ-nin şəxsi heyəti ilə "HHQ-də hava məkanının idarə olunması və nəzarət" mövzusunda kurs keçirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Kursun məqsədi NATO-da hava məkanının idarə olunması, eləcə də hava məkanına nəzarət fəaliyyətlərinin əsas prinsiplərini tədris etmək, dinləyicilərin ixtisaslar üzrə nəzəri biliklərini təkmilləşdirməkdir.

Qeyd edək ki, təlim kursu iyunun 14-dək davam edəcək.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Azərbaycan   HHQ  


Bizi "telegram"da izləyin