Vaşinqtonun Ermənistan parlamentindən gözləntisi nədir?

2022/12/44010-1669967508.jpg
Oxunub: 327     15:32     13 İyun 2024    
İyunun 11-də ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin Ermənistan parlamentində olub və parlament sədri Alen Simonyan ilə görüşüb.

Səfərlə bağlı ABŞ-nin Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində yerləşdirilən məlumat kifayət qədər maraqlıdır: “İyunun 11-də baş tutacaq ABŞ-Ermənistan strateji dialoqunun yekun iclası və dövlət katibinin köməkçisi Ceyms O-Brayenin səfəri ərəfəsində ABŞ səfiri Kristina Kvin bu gün bir sıra sahələrdə, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün parlamentin sədri Alen Simonyan ilə görüşüb”.

Göründüyü kimi, “ABŞ-Ermənistan strateji dialoqunun yekun iclası və dövlət katibinin köməkçisi Ceyms O-Brayenin səfəri ərəfəsində” halının vurğulanması öz mənasına görə təkcə xronoloji xarakter daşımır. Ehtimal etmək lazımdır ki, gündəmdə Ermənistan parlamentinin müəyyən rolunu nəzərdə tutan məsələlər var. Bu məsələlərin mahiyyətini söyləmək çətindir.

Bunlar ikitərəfli münasibətlər, yoxsa Ermənistanla bağlı xarici gündəm ilə əlaqəlidir? Ermənistan-ABŞ əməkdaşlığının və iddia olunan strateji dialoqunun “perspektivi” də həmin gündəmin bu və ya digər inkişafından asılıdır. Əlbəttə, istisna etmək lazım deyil ki, yüksək rütbəli amerikalı diplomatın Ermənistana səfəri kontekstində Ermənistanın daxili siyasi reallıqları ilə bağlı parlamentin əhval-ruhiyyəsinə toxunmağa cəhd edilib.

Nəzərə almaq lazımdır ki, yüksək dərəcəli amerikalı diplomatın səfəri, ABŞ ilə sözügedən iclasın keçirilməsi faktiki olaraq Ermənistanda daxili siyasi sahədə cərəyan edən inkişafların yeni dalğası ilə birləşib. Burada isə təbii ki, hadisələrin məntiqi ən azından Ermənistan parlamentinin ətrafında cərəyan edir. Daxili və xarici motivlərin müəyyən qarşılıqlı əlaqəsi, qarşılıqlı təsiri və ABŞ səfirinin Ermənistan parlamentinə səfəri halını da istisna etmək lazım deyil.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin