Yeni Ermənistan-ABŞ səviyyəsinin perspektivsizliyi – BAXIŞ BUCAĞI

2024/04/3814e-1713027417.jpg
Oxunub: 331     19:23     13 İyun 2024    
Ermənistan ABŞ ilə strateji dialoqu strateji komissiya səviyyəsinə qaldırmağı gözləyir. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən strateji dialoq iclası zamanı bildirib.

Bu olduqca təsiredici səslənsə də, reallıqla uzlaşmır. Aydın deyil ki, erməni nazirin qeyd etdiyi həmin strateji komissiya səviyyəsinə qədər hansı yol planlaşdırılıb, həmin strateji komissiya özündən nə təqdim edəcək və strateji dialoq formatının məzmunu artıq bu format üçün kifayət etmir? Bunlar ən azından hələlik Ermənistandakı rəsmi açıqlamaların əsasən standart mətni altında ümumiləşdirilmiş suallardır.

2019-cu ildən Ermənistanla ABŞ arasında strateji dialoq formatı mövcuddur və əslində artıq bu günə qədər strateji dialoqun obyektivliyini sübut etməyə, geniş ictimai təbəqələr üçün bunun praktikliyinin təminatçısı olmağa və Ermənistan-ABŞ münasibətlərini sırf informasiya-təbliğat məkanlarında yaradılan müstəvidən çıxarmağa və həqiqətən dövlətlərarası praktik müstəviyə köçürməyə imkan verəcək praktik baxımdan təsirli, böyük Ermənistan-ABŞ təşəbbüsü yoxdur və heç vaxt olmayacaq.

Bu hal isə sözügedən dialoqun daha proqnozlaşdırıla bilən olmasına imkan verir. Ermənistan-ABŞ əməkdaşlığı tarixində ən böyük investisiya layihəsi “Vorotan” SES-lər kaskadı olub, bunun ardınca ətraf mühiti çirkləndirən “Amulsar” mədəninin istismara verilməsi gözlənilirdi. Proqramın hazırkı vəziyyəti qənaətbəxş deyil və ayrıca müzakirə mövzusudur. Hazırkı anda Ermənistan-ABŞ əməkdaşlığında hər hansı böyük investisiya layihəsinin mümkünlüyü və perspektivindən danışmaq yersiz olardı. Bəli, ABŞ-nin Ermənistan iqtisadiyyatında çoxlu investisiya təşviqi proqramları var, lakin bunlar əslində orta və kiçik biznes sahələrində hazırlanmış proqramlardır.

Bu, iqtisadiyyatın mühüm təbəqəsi olsa da, Ermənistanın timsalında iqtisadiyyatın harmoniyasının pozulması var. Ermənistan iqtisadiyyatının aslan payını ticarət və xidmətlər təşkil edir, sənaye miqyasları isə öz xüsusi çəkisinə görə daha təvazökar hala gəlir. Qəribədir, Ermənistanda yüksək iqtisadi artım olduğu deyilsə də, elektrik enerjisi istehsalında azalma var. Buna səbəb Ermənistanın “iqtisadi artım strukturu”nda sənaye sektorunun payının getdikcə azalmasıdır. Bu isə Ermənistanda iqtisadiyyatın balanslaşdırılmasının pozulmasının real təhlükəsini nümayiş etdirir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Böhran  


Bizi "telegram"da izləyin