S-500 “Prometheus” HHM sistemi Rusiyanın Kerç körpüsünü qoruyacaq

2024/06/2024--1718266646.jpg
Oxunub: 303     15:27     13 İyun 2024    
Rusiyanın ən qabaqcıl Hava Hücumundan Müdafiə (HHM) sistemi Krım yarımadasının ətrafına nəhəng anti-ballistik raketdən müdafiə sistemi əlavə edəcək.

Ordu.az xəbər verir ki, Ukrayna kəşfiyyatının rəhbəri verdiyi açıqlamada Rusiyanın Kerç körpüsünü qorumaq üçün əlində olan ən qabaqcıl S-500 HHM sistemlərindən birini işğal altındakı Krım yarımadasına daşıdığını bildirib.

Doğrudursa, bu sistem ilk dəfə istifadə olunacaq və Rusiyaya xüsusilə ballistik raketlərə qarşı mühüm HHM qabiliyyəti verəcək.

Ukrayna Müdafiə Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirilo Budanov Ukrayna mətbuatına müsahibəsində S-500-ün son elementlərinin Kerç şəhərində peyda olduğunu deyib.

Qeyd edək ki, “Prometey” (rusca “Prometheus”) adlanan sistem regional ballistik raket əleyhinə müdafiə və digər uzun mənzilli HHM imkanlarını təmin etmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-500   Prometheus   HHMv  


Bizi "telegram"da izləyin