Erməni spiker Seyran Ohanyanı parlamentin tribunasından qovub - VİDEO

2024/06/sdfsd-1718265155.jpg
Oxunub: 170     11:49     13 İyun 2024    
Ermənistan parlamentinin sədri Alen Simonyanla müxalif deputatlar, o cümlədən “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan arasında insident yaşanıb.

Ordu.az Ermənistan mediasına istinadən xəbər verir ki, müxalif deputatları Simonyanı deputat avtomobillərinin parlamentə girişinə məhdudiyyət qoymaqda ittiham ediblər.

Seyran Ohanyan parlamenti tribunasına qalxaraq Alen Simonyanı “yalan danışmaqda” ittiham edib. Erməni spiker isə Ohanyanın özünün yalan danışdığını bildirib və onu parlamentin tribunasından qovub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-spiker   Seyran-Ohanyan   Parlament  


Bizi "telegram"da izləyin