“Hraparak”: Ermənistan Ali Məhkəmə Şurasının sədri, yoxsa Anna Hakopyanın dostu qalib gələcək?

2024/06/image-1718264739.jpg
Oxunub: 184     17:20     13 İyun 2024    
Bəzi məlumatlara görə, 44 günlük müharibədə ölmüş Gevorq Arşakyanın anası, Ermənistan Ali Məhkəmə Şurasının keçmiş üzvü, Kassasiya Məhkəməsinin hakimi Naira Hovsepyana qarşı açılmış intizam icraatı üzrə qəbul edilmiş qərar bu gün nəşr olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Ermənistanın məhkəmə sistemində səbirsizliklə həmin qərarı gözləyirlər ki, bundan da Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyanın mövqelərinin nədən ibarət olduğu məlum olacaq.

“Məsələ burasındadır ki, Naira Hovsepyan bir neçə həftə əvvəl Ali Məhkəmə Şurası üzvlüyünə xitam verdiyini bəyan edib. Xəbərlər yayılıb ki, Anna Hakopyanla dost olan bu qadın Karen Andreasyana tabe olmamağa cürət edib. Xanım hakim Davit Harutyunyana yaxın olduğu üçün Harutyunyana qarşı açılmış intizam icraatının istintaqında iştirak etmədiyinə görə Ali Məhkəmə Şurasının rəhbərinin qəzəbinə tuş gəlib. Andreasyan bütün məhkəmə sistemini özünə tabe etdirməyə çalışır, Anna Hakopyanın himayə etdiyi Hovsepyan isə tabe olmamağa çalışıb. O, Kassasiya Məhkəməsində vəzifə tutmağa davam etdirir, lakin vəkillər onun ən biabırçı hakimlərdən biri kimi davranışı haqqında əfsanələr danışırlar. Bu yaxınlarda yəqin ki, Andreasyana nəyisə başa salmaq üçün Hovsepyan özü ilə Baş nazirin arvadının şəklini paylaşıb. Xatırladaq ki, Andreasyanın səlahiyyət müddətinin başa çatmasına sayılı aylar qalıb. Qanunvericilik dəyişiklikləri yolu ilə müddətin uzadılması cəhdləri nəticə verməyib. Hakimlərin müxalifətçilərin həbsi ilə bağlı bəzi “uğursuzluqları”na görə də hakimiyyət Andreasyandan narazıdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ali-Məhkəmə  


Bizi "telegram"da izləyin