Yunanıstan ABŞ-dən uzun mənzilli “PrSM” raketləri almaq istəyir

2024/06/2024--1718263689.jpg
Oxunub: 298     18:50     21 İyun 2024    
Yunanıstan ordusu ABŞ-nin yeni Dəqiq Hücum Raketini (PrSM) almaq istəyir.

Ordu.az xəbər verir ki, yunan zabitlər qarşıdan gələn sınaq atışlarını müşahidə etmək üçün ABŞ-yə gedəcəklər.

Yunanıstan hazırda 36 ədəd M270 Yaylım Atəşli Reaktiv Sistemindən (YARS) istifadə edir və onlardan 12-24-nü “PrSM” inteqrasiyasına imkan verən A2 standartına modernləşdirməyi nəzərdən keçirir.

“PrSM” raketləri 400 km-dən çox mənzilə malikdir və bu mənzil Yunanıstan YARS-larının istifadə etdiyi hazırkı ATACMS raketlərindən xeyli uzundur.

Plana təxmini dəyəri 1,1 milyard avro olan 36 ədəd YARS buraxılış qurğusundan ən azı 24-nün modernləşdirilməsi daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   ABŞ   PrSM  


Bizi "telegram"da izləyin