“Hanwha Ocean” Polşaya KSS-III sualtı qayığını təklif edir

2024/06/Ekran-1718293559.jpg
Oxunub: 227     16:18     13 İyun 2024    
Polşa Müdafiə Nazirliyi başlatdığı “Orka” sualtı qayıq tədarükü proqramı ilə 3 sualtı qayıq almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, Cənubi Koreyanın “Hanwha Ocean” şirkəti proqram çərçivəsində KSS-III Mərhələ-II sualtı qayıqlarını Polşaya təqdim etmək üçün çalışır.

Bu məqsədlə şirkət mayın 21-də Qdansk Texnologiya Mərkəzində Sənaye Günü təşkil edib.

Toplantının məqsədi şirkətin Koreya Respublikasında əldə etdiyi nailiyyətləri və “Orka” sualtı qayıq proqramında yerli əməkdaşlıq zəncirinin yaradılması üçün Polşa şirkətləri ilə əməkdaşlıq vizyonunu təqdim etməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hanwha-Ocean   Polşa   MN   KSS-III  


Bizi "telegram"da izləyin