Qambiyalı hərbi qulluqçular türk dili kursu diplomlarını aldılar

2024/06/2024--1718262392.jpg
Oxunub: 177     15:23     13 İyun 2024    
Türkiyədə hərbi məktəblərdə təhsil alacaq 25 qambiyalı hərbi qulluqçu türk dili kursunu uğurla başa vurub.

Ordu.az xəbər verir ki, Qambiyanın Facara bölgəsindəki Qambiya Silahlı Qüvvələri Təlim Məktəbində türk dili kursu keçən Qambiya Silahlı Qüvvələrinin 25 hərbi qulluqçusu üçün buraxılış mərasimi keçirilib.

Mərasimdə Türkiyənin Banculdakı səfiri Fahri Türker Oba, Qambiya Baş Qərargah rəisinin müavini general-mayor Ousman Qomez, Qambiya Müdafiə Nazirliyinin Baş Qərargahının hərbi müşaviri polkovnik Anıl Aksoy, Türkiyə Maarif Vəqfinin (TMV) Qambiya məktəbləri ölkə nümayəndəsi İbrahim Sert, TMV türk dili təlimatçısı Atmaca Polat və digər hərbi rəsmilər iştirak ediblər.

Səfir Oba mərasimdəki çıxışında qambiyalı kursantların aldıqları türk dili kursu sayəsində ölkələrini Türkiyədə ən yaxşı şəkildə təmsil edəcəklərini bildirib.

Hərbi qulluqçuların Türkiyə ilə Qambiya arasında körpü rolunu oynayacağını qeyd edən Oba Türkiyənin Qambiyaya dəstəyinin davam edəcəyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qambiya   Kurs  


Bizi "telegram"da izləyin