ABŞ-nin Türkiyədəki səfiri: “Türkiyə bizim tərəfdaşımızdır, biz Türkiyənnin əleyhinə nəsə təşkil etməyə çalışmırıq”

2024/06/2024--1718262287.jpg
Oxunub: 228     15:56     13 İyun 2024    
ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk “CNN Türk”də gündəmlə bağlı mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Fleyk Türkiyə və ABŞ arasında strateji tərəfdaşlığın həmişəkindən daha güclü olduğunu bildirib.

“Hesab edirəm ki, bizim strateji tərəfdaşlığımız həmişəkindən daha güclüdür və mən bura gəlməmişdən əvvəl Senatda təsdiqləmə dinləmələrində iştirak etdiyim vaxtla bugünkü vəziyyətimizi müqayisə edəndə, çox böyük fərq görürəm. Bunun böyük bir hissəsi Türkiyənin Rusiyanın Ukraynaya müdaxiləsinə verdiyi reaksiya və bu reaksiyada əsl NATO müttəfiqi kimi davranıb-davranmadığı ilə bağlı idi. Bu, bizim üçün çox şey deməkdir və mən “Capitol Hill”də keçmiş həmkarlarımla danışanda görürəm ki, mənzərə son bir neçə ildə dəyişib”, - deyə ABŞ-nin Türkiyədəki səfiri qeyd edib.

Səfir deyib ki, Türkiyə ABŞ-nin tərəfdaşıdır.

“Bunu əminliklə deyə bilərəm. Türkiyə bizim tərəfdaşımızdır. Biz Türkiyənnin əleyhinə nəsə təşkil etməyə çalışmırıq. Biz Ukraynada baş verənlərdən narahatıq. Biz bunu dəstəkləmək üçün əlimizdən gələni edirik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin