İspaniya-Türkiyə Zirvə Toplantısında gündəmdə müdafiə əməkdaşlığıdır - ƏTRAFLI

2024/06/1718262150.jpg
Oxunub: 215     15:03     13 İyun 2024    
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyaya səfər edib.

O, 8-ci Türkiyə-İspaniya Hökumətlərarası Zirvə Toplantısında iştirak etmək üçün səfər etdiyi paytaxt Madriddə İspaniya Kralı VI Felipe ilə görüşüb.

Ordu.az xəbər verir ki, Zirvə Toplantısında müdafiə sahəsində əməkdaşlıq məsələlərinin də gündəmə gətiriləcəyi gözlənilir.

Türkiyə NATO daxilində İspaniya müdafiə sənayesi üçün ən cəlbedici bazarlardan biridir. İspaniyanın “Navantia” şirkəti dənizçilik sahəsində mühüm tərəfdaşa çevrilib.

İspan şirkəti İspaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Juan Carlos I” gəmisi əsasında Türkiyə HDQ-nin ilk amfibiya hücum gəmisi olan TCG “Anadolu”nu dizayn edib.

Bir ildir fəaliyyətdə olan gəmi Türkiyənin “Sedef” Gəmiqayırma Zavodunda inşa edilib. Texnologiyanın ötürülməsi müqaviləsi vasitəsilə dizayn mühərriklər, turbinlər və İnteqrasiya Edilmiş Platforma İdarəetmə Sistemi kimi bir sıra avadanlıq və sistemləri əhatə edir.

“Navantia” gələcəkdə yeni sualtı qayıq və aviadaşıyıcı gəmi kimi ikinci gəminin inşasını nəzərdən keçirir. İspaniya hər iki proqram üçün texnoloji tərəfdaş olmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İspaniya  


Bizi "telegram"da izləyin