Ermənistanın dövlət idarələrinə fəlakətli vəziyyət: Pul problemi yaranıb

2024/06/image-1718261045.jpg
Oxunub: 159     16:13     13 İyun 2024    
Məlumata görə, ötən gün Ermənistanda bir sıra dövlət idarələrinə Baş Nazir Aparatından məktublar ünvanlanıb, büdcənin fəlakətli vəziyyəti ilə bağlı məlumat verilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Ermənistan hökuməti maliyyə problemləri ilə üzləşdiyi üçün prioritet olmayan bütün xərcləri azaltmağı, əsaslı layihələri təxirə salmağı təklif edib.

“Qurumlara təklif olunub ki, Maliyyə Nazirliyi ilə müzakirələr yoluyla xərclərin hansı istiqamətlərinin həyata keçirilə bilməyəcəyini başa düşsünlər, ancaq bunları davam etdirsinlər, çünki hökumətin qəbul etdiyi bir çox qərarların maliyyələşdirilməsində problemlər var”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dövlət   Xaos  


Bizi "telegram"da izləyin