Ermənistanda iyunun 17-də növbədənkənar iclas olacaq, yoxsa yox?

2024/06/1718260977.jpg
Oxunub: 182     15:09     13 İyun 2024    
Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının parlamentin “Şərəfim Var” və “Hayastan” fraksiyalarının müəllifi olduğu “Hökumətin istefası və yeni hökumətin formalaşdırılması zərurəti haqqında” parlament müraciəti layihəsini iki aya qədər təxirə salmasından asılı olmayaraq, parlamentin “Şərəfim Var” fraksiyasının katibi Artsvik Minasyan iclasın baş tutacağını iddia edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Minasyan nəşrə açıqlamasında deyib ki, bu, qanunun qüvvəsi ilə məcbur edilmiş iclasdır və çağırılmalıdır.

“Qalır Paşinyanın fraksiyasının iradəsi olsun və o iclasa gəlsin ki, bu hökumətin edəcəyinin olmadığı və uzaqlaşmalı olduğu faktı ətrafında öz əks-arqumentlərini gətirsin”, - deyə o bildirib.

Erməni deputat əlavə edib ki, iclas iyunun 17-də saat 18:30-da çağırılacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament   Növbədənkənar-iclas  


Bizi "telegram"da izləyin