Ermənistanda Polis Qvardiyası müharibə zamanı belə sərhədə getməyəcək

2024/06/1718260820.jpg
Oxunub: 209     16:35     13 İyun 2024    
Ermənistan hökuməti “Polis qvardiyası haqqında” qanun layihələrinin və müvafiq qanunların qəbulu paketi ilə çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, hüquqi aktların layihələrinin dərci üçün vahid internet saytında yerləşdirilən layihələr paketinə əsasən, bu, sırf polis xidmətinin yaradılmasına yönəlib.

“Bu, qabaqcıl bir layihə kimi görünür, lakin layihə “gizli” ciddi problemi həll edir. Polis qvardiyası polisin şəxsiyyət hüquq və azadlıqlarını qorumaq, habelə cəmiyyətin və dövlətin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan struktur bölməsidir. Lakin Ermənistan tarixindəki bütün qanunlara zidd olan başqa bir məqam da var. Xüsusilə “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanuna əlavələr edilməsi barədə” qanun layihəsinin 9-cu maddəsinin 2-ci hissəsinin əlavəsini müəyyən edən hissə aydınlaşdırır ki, polis orqanları silahlı qüvvələrin və digər qoşunların tətbiqi və (və ya) döyüş əməliyyatlarının aparılması bölgələrinə daxil olmayan ərazilərdə nəzərdə tutulmuş funksiyaları yerinə yetirməlidir. Başqa sözlə, bundan sonra hərbi vəziyyət və müharibə dövründə Ermənistanın Daxili Qoşunları sərhəd bölgəsində dövlət sərhədini qorumayacaq. Onların müdafiə funksiyasının sərhədinə Ermənistanın dövlət sərhədi daxil olmayacaq. Yəni, polis, daha dəqiq desək, yalnız qvardiya müharibə zamanı belə sərhədə getməyəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Polis-Qvardiya   Müharibə  


Bizi "telegram"da izləyin