İrəvanda etirazçılar hökumətin binasına yollanıblar

2024/06/32b5b-1718219117.jpg
Oxunub: 243     22:54     12 İyun 2024    
İrəvanın Baqramyan prospektində aksiya keçirən “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları hökumətin binasına doğru hərəkət ediblər.

Bu barədə Ordu.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Arxiyepiskop Baqrat Qalstanyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyan hökumətin binasındadır.

"Hökumət binasına doğru irəliləyəcəyik. Görəcəyik o (Paşinyan - red.) ordadır, ya yox", - arxiyepiskop deyib.

Qalstanyanın sözlərinə görə, bəlkə də onlar binaya yaxınlaşanda Paşinyan binanı tərk edəcək. Etirazçılar gecəni çadır düşərgəsində keçirmək niyyətindədirlər.

Bundan əlavə, Qalstanyan sabah səhər hökumətin iclası ərəfəsində etirazçıları yenidən hökumət binası qarşısında toplanmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Aksiya  


Bizi "telegram"da izləyin