Pentaqon: Rusiyanın Atlantik okeanında keçirdiyi təlimlər ABŞ-yə təhlükə yaratmır

2024/04/1712725704.jpg
Oxunub: 164     22:03     12 İyun 2024    
Rusiya Hərbi Dəniz Qüvvələrinin Atlantik okeanında keçirdiyi təlimlər ABŞ üçün təhlükə yaratmır.

Ordu.az xəbər verir ki, bu açıqlama ilə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq çıxış edib.

“Biz, əlbəttə ki, buna ciddi yanaşırıq. Lakin bu təlimlər ABŞ üçün təhlükə yaratmır”, - Pentaqon rəsmisi vurğulayıb.

İyunun 11-də məlum olub ki, Rusiya Şimal Donanmasının gəmiləri Atlantik okeanında yüksək dəqiqlikli silahların tətbiqi ilə təlimlər keçirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin