Zaxarova: "Rusiya ABŞ-nin aqressiv addımlarını cavabsız qoymayacaq"

2018/04/567567_1523532664.jpg
Oxunub: 193     21:06     12 İyun 2024    
Rusiya Birləşmiş Ştatların aqressiv hərəkətlərini cavabsız qoymayacaq.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun yeni anti-Rusiya sanksiyaları tətbiq etməsinə cavab olaraq bildirib.

“Belə hallarda həmişə olduğu kimi Rusiya bu tip aqressiv hərəkətləri cavabsız qoymayacaq”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rusqazdobıça”, “Arktik LNG 1” və “Arktik LNG 3” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Rusiya  


Bizi "telegram"da izləyin