Ukrayna ildə 40 milyard dollarlıq silahla təmin ediləcək

2024/06/1718169871.jpg
Oxunub: 185     20:50     12 İyun 2024    
Ukrayna ildə 40 milyard dollarlıq silahla təmin ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı iyunun 13-də NATO-nun müdafiə nazirləri təminat planını təsdiq edəcəklər.

Stoltenberq bildirib ki, alyans təchizatı koordinasiya edəcək.

"Mən nazirlərin Ukraynaya yardımın göstərilməsində NATO-nun rolunun gücləndirilməsi planını təsdiqləyəcəklərini gözləyirəm. Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin əsas elementidir", - alyans rəsmisi qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin