Britaniya səfiri: "COP29-un Bakıda keçirilməsi regionda sülh üçün müsbət siqnaldır"

2024/06/Ekran-1718208839.jpg
Oxunub: 222     19:51     12 İyun 2024    
Böyük Britaniya COP29-un uğurla keçirilməsində Azərbaycana kömək etməyə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqyus Old Bakıda Kral III Çarlzın rəsmi doğum günü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, Britaniya Kralının prioritetlərindən biri iqlim dəyişikliyinə qarşı mübarizə və təbiətin qorunmasıdır.

Diplomat xatırladıb ki, 5 aydan sonra Azərbaycan COP29-a ev sahibliyi edəcək: “Növbəti 6 ay çox maraqlı olacaq. Yarım il əvvəl Bakının COP29-a ev sahibliyi etməsi barədə razılaşma iqlim dəyişikliyi ilə mübarizə və regionda sülhün əldə edilməsi sahəsində müsbət siqnal oldu. Ümid edirəm ki, həm Azərbaycan, həm də Ermənistan COP29-dan əvvəl davamlı sülhə nail olmaq istiqamətində irəliləyə biləcəklər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Azərbaycan   COP29  


Bizi "telegram"da izləyin