Azərbaycan XİN Küveytə başsağlığı verib

2024/06/1718004697.jpg
Oxunub: 162     19:25     12 İyun 2024    
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Küveytə başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

"Küveytin Manqaf şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.

Bu çətin anda Azərbaycan qardaş və dost Küveyt dövlətinin yanındadır", - paylaşımda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   XİN   Küveyt  


Bizi "telegram"da izləyin