ABŞ Qaqauziyanın rəhbərinə sanksiya tətbiq edib

2024/06/6669b-1718206927.jpg
Oxunub: 151     19:15     12 İyun 2024    
ABŞ-nin yeni sanksiya siyahısında Moldova Respublikasının Qaqauziya Yerinin rəhbəri Yevgeniya Qutsulun da adı var.

Ordu.az-ın “Vedomosti”yə istinadən xəbərinə görə, Qutsul Rusiyameyilli bəyanatlarına və adıçəkilən ölkəyə siyasi dəstəyinə görə məhdudiyyətlərlə üzləşib.

Yevgeniya Qutsul Moldova-Rusiya arasındakı münasibətlərin gərginləşməsində zaman-zaman rəsmi Kişinyovu ittiham edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qaqauziya  


Bizi "telegram"da izləyin