ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib

2024/06/1717218185.jpg
Oxunub: 160     18:55     12 İyun 2024    
ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.

Ordu.az-ın “Associated Press“ə istinadən xəbərinə görə, budəfəki siyahıya ölkənin Ukraynada apardığı müharibəyə dəstək verdiyi iddia olunan bir sıra Çin şirkətləri, eləcə də Rusiya tərəfi ilə əməkdaşlıq edən şirkət və fiziki şəxsin adları yer alıb.

Onların arasında xarici maliyyə qurumlarının da olduğu bildirilib.

Ümumilikdə Ukraynada müharibə başladıqdan bu günə qədər rəsmi Vaşinqton Rusiyada qeydiyyatdan keçən 4000-dən çox şirkət və fiziki şəxsə məhdudiyyətlər tətbiq edib.

ABŞ-nin Sanksiya Siyasəti və Məhdudiyyətlərin Tətbiqinə Nəzarət Departamentinin direktoru Aaron Forsberq bildirib ki, rəsmi Moskva sanksiyalardan yayınmağın yolunu tapa bildiyi üçün siyahını hər dəfə genişləndirməyə ehtiyac yaranır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin