Blinkenin köməkçisi: "ABŞ Ermənistanla Azərbaycanı qarşıdakı həftələrdə sülh sazişini yekunlaşdırmağa cəsarətləndirir"

2023/11/ea9b4-1700074663.jpg
Oxunub: 197     18:46     12 İyun 2024    
Ermənistan və Azərbaycan arasında sülh sazişi uzunmüddətli münaqişəyə son qoymaqla yanaşı, Rusiyanın regiona təsirini azalda, Mərkəzi Asiyadan Türkiyəyə yeni ticarət dəhlizinin açılması ilə nəticələnə bilər.

Ordu.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn "Azadlıq radiosu"na açıqlamasında deyib.

“Ona görə də ABŞ iki Cənubi Qafqaz ölkəsini belə bir razılaşmanı qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir”, - Obrayn bildirib.

Ceyms Obrayn Mərkəzi Asiyadan yeni ticarət dəhlizinin yalnız Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması nəticəsində reallaşa biləcəyini vurğulayıb: “Bizim fikrimizcə Mərkəzi Asiyadan Aralıq dənizi istiqamətində ticarət dəhlizi inşa etmək üçün bir neçə nəsildən bir üzə çıxan fürsət yaranıb. Bu yalnız Azərbaycan və Ermənistan arasında sülh olduğu təqdirdə mümkün ola bilər. Bu, bütün dəhliz boyunca yeni sənaye istiqamətləri yaradacaq. Bu, indi baş verə bilər. Bir neçə il sonra, bu indiki qədər əhəmiyyətli olmaya bilər... Ona görə də indi bunu etməyin zamanıdır”.

Obrayn qeyd edib ki, bu ticarət dəhlizi Azərbaycan ərazisi ilə Mərkəzi Asiyadan Gürcüstanın Qara dəniz sahillərinə olan mövcud nəqliyyat əlaqələrinə əlavə olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin