Rəhman Mustafayev Haaqa İqlim Konfransında COP29 gündəliyi haqqında danışıb - FOTO

2024/06/09f30-3436410456.jpg
Oxunub: 140     18:40     12 İyun 2024    
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Haaqa İqlim və Təhlükəsizlik Konfransında bu il Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyi barədə danışıb.

Ordu.az xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Erasmus Universiteti, Beynəlxalq Sosial Tədqiqatlar İnstitutu və Humanitar Tədqiqatlar Mərkəzinin birgə təşkil etdiyi Haaqa İqlim və Təhlükəsizlik Konfransında iştirak etməkdən şərəf duydum. Burada Azərbaycanın COP29-da ədalətli və əhatəli müzakirə prosesi yaratmaq səyləri, eləcə də enerji keçidi sahəsində ölkənin siyasəti və nailiyyətləri haqqında danışdım”, - paylaşımda qeyd edilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəhman-Mustafayev   COP29  


Bizi "telegram"da izləyin