Azərbaycan COP29-la bağlı hərtərəfli fəaliyyət planını Almaniyada təqdim edib

2024/06/bbe6e-1718195837.jpg
Oxunub: 183     16:11     12 İyun 2024    
Azərbaycan iyunun 12-də Almaniyanın Bonn şəhərində İqlim Konfransı çərçivəsində COP29-a Sədrliyin Fəaliyyət Gündəliyinə daxil olan təşəbbüslərinin təqdimatını keçirib.

Ordu.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev son həftə keçirilən COP29 Sədrliyinin strategiyası üzrə qeyri-rəsmi məsləhətləşmələrdə iştiraklarına görə nümayəndələrə təşəkkür edib.

O, COP29 Sədrlik təşəbbüslərinin məqsədinin iqlimlə bağlı fəaliyyətləri inkişaf etdirmək və vətəndaş fəallığını təşviq etmək olduğunu bildirib.

Y.Rəfiyev qeyd edib ki, COP29-un Sədrlik təşəbbüsləri rəsmi danışıqlardan kənarda "yaşıl dünya" üçün əsl həmrəyliyi gücləndirir.

“Builki sədrlik təşəbbüsləri əvvəllər başlamış təşəbbüslərin dəyərli mirasına əsaslanır. Sədrlik ümumi məqsədlərimiz naminə bütün səyləri səfərbər etmək üçün təşəbbüslər və maraqlı tərəflər arasında uyğunluq və sinerji yaratmağı hədəfləyir”, - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   COP29   Almaniya  


Bizi "telegram"da izləyin