Paşinyan müxalifətin parlamentin qarşısında təxribat törədəcəyini istisna etmir

2024/05/image-1716445895.jpg
Oxunub: 170     15:42     12 İyun 2024    
Ermənistanın Baş naziri Nikol Paşinyan etiraz aksiyaları fonunda müxalifətin parlament binasının qarşısında təxribat törədəcəyini istisna etməyib.

Ordu.az-ın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, hökumət başçısı jurnalistlərə açıqlamasında təhlükəsizlik tədbirlərini məhz bununla əsaslandırıb.

“Əgər polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirirsə, deməli onların əlində bəzi qrupların burada təxribat törədəcəyinə dair informasiya var”, – Paşinyan fikirlərini yekunlaşdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin