Gürcüstan Türkiyədən zirehli transpartyorlar alıb

2024/06/66698-1718191712.jpg
Oxunub: 231     15:18     12 İyun 2024    
Gürcüstan Türkiyədən NATO standartlarına uyğun VURAN zirehli transpartyorları alıb.

Ordu.az xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Vaziani hərbi bazasında zirehli texnikaların təhvil mərasimi keçirilib.

Qeyd olunub ki, Gürcüstan Müdafiə Qüvvələrinin sözügedən zirehli texnika ilə təchiz edilməsi ölkənin müdafiə qabiliyyətinin güclənməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Türkiyə  


Bizi "telegram"da izləyin