Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatlarını dayandırıb

2024/04/1712293493.jpg
Oxunub: 111     15:03     12 İyun 2024    
Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatlarının dayandırıldığını açıqlayıb.

Ordu.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Yeni Kaledoniyada seçicilərlə bağlı konstitusiya layihəsi dayandırılıb”, - o bildirib.

2024-cü ildə Yeni Kaledoniyada etirazlar burada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən və yerli əhalinin hüquqlarını pozan qanun layihəsinə görə başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Yeni-Kaledoniya  


Bizi "telegram"da izləyin