Almaniya yeni FEANIX PUA-sını təqdim edib

2024/06/2024--1718177935.jpg
Oxunub: 215     16:40     12 İyun 2024    
Almaniyanın müdafiə sənayesi şirkəti “Diehl Defence” Berlində keçirilən aviasiya və kosmos sərgisində yeni “Light Remote Carrier” (LRC) Pilotsuz Uçuş Aparatını (PUA) nümayiş etdirib.

Ordu.az xəbər verir ki, yeni PUA-nın çəkisi təxminən 300 kiloqramdır və hündürlüyü 4 metrdən bir qədər azdır.

Sistem, həmçinin qurudan və ya dənizdən tətbiq edilə bilər və istifadəçinin faydalı yük tələblərinə əsasən fərdi konfiqurasiya üçün modulyar dizayna malikdir.

Daşıyıcı funksiyalarından əlavə, sistem, həmçinin sürü yaratma, şəbəkə qurma və uzaqdan məlumat ötürmə imkanlarını da ehtiva edir.

“Diehl” tərəfindən verilən açıqlamada qeyd olunub ki, FEANIX ilə “Diehl Defence” LRC-nin əməliyyat konsepsiyasını daha da irəli aparır, məhsul portfelini gələcəyə yönəlmiş yanaşma ilə genişləndirir və uzunmüddətli perspektivdə silahlı qüvvələrdə müəyyən edilmiş qabiliyyət boşluğunu aradan qaldırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   FEANIX   PUA  


Bizi "telegram"da izləyin