Niderland yerli müdafiə istehsalının artırılması və Ukraynaya kömək üçün mühüm addımlar atdığını açıqlayıb

2024/06/2024--1718177747.jpg
Oxunub: 186     15:41     12 İyun 2024    
Niderland hökuməti yerli müdafiə istehsalının artırılması və Ukraynaya kömək üçün mühüm addımlar atdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Niderland Ukraynaya dəstək və ölkədaxili istifadə üçün piyada döyüş vasitələrinin yerli istehsalına 432 milyon dollar sərmayə qoyacaq.

Məlumata görə, İsveçin təşəbbüsü ilə ümumilikdə 180 ədəd CV90 IFV istehsal olunacaq.

İsveç artıq Ukraynaya 50 ədəd CV90 tədarük etməyi öhdəsinə götürüb və bu təşəbbüs üçün Danimarkadan 264 milyon dollar alıb.

Bundan əlavə, Amsterdam müdafiə təşəbbüsləri üçün 27 milyon dollar və yerli pilotsuz uçuş aparatı istehsalı üçün 58 milyon dollar ayırıb.

Yerli müdafiənin və Avropa müdafiəsinin inkişafını təşviq etmək üçün Niderlandın satınalma siyasəti xərclərə deyil, sürətə və yeniliyə diqqət yetirəcək.

Bundan əlavə, Avropada istehsal olunan avadanlıqlara üstünlük veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ukrayna   Niderland  


Bizi "telegram"da izləyin