KİV: Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Papikyanın arvadı ilə bağlı qərar verə bilməyib

2024/06/Suren-1718174339.jpg
Oxunub: 202     16:13     12 İyun 2024    
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ölkənin müdafiə naziri Suren Papikyanın arvadı Armine Muradyanla bağlı qərar verə bilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri yazıb.

Nəşr qeyd edib ki, Muradyan toydan aldığı külli miqdarda pulu gəlirlərinin bir hissəsi kimi bəyan etməyib.

“Papikyanın arvadı komissiyanın üzvü Aramais Paşinyanın tutduğu mövqe nəticəsində “sudan quru çıxıb”. “Yerkir.am” 2023-cü ilin yayında Papikyanın aldığı böyük hədiyyələrdən yazıb. Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komissiyası KİV-in sorğusuna cavab verib ki, nazirin aldığı vəsait sonuncunun toy mərasimi zamanı alınan ianələrdir. Komissiya həmçinin qeyd edib ki, ianə yolu ilə əldə edilən əmlak və vəsait qanuni gəlirdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin