“İravunk”: Simonyanın tərəfdarları keşişin təcrid olunması ssenarisini birmənalı şəkildə dəstəkləyiblər

2024/06/timth-1718174088.jpg
Oxunub: 185     14:59     12 İyun 2024    
Ermənistan parlamentinin şura iclası günü parlament müxalifəti hökumətin istefa ərizəsi layihəsini təqdim edib, bunun ardınca hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrə görə, Baqrat Srbazanın hərəkətləri və bunun cəmiyyətdə hansı reaksiyaya səbəb olacağı ilə bağlı qızğın müzakirə baş tutub.

“Xüsusilə Alen Simonyanın tərəfdarları Baqrat Srbazanın təcrid olunması ssenarisini birmənalı şəkildə dəstəkləyib, onun 24 saatlıq rejimdə yüzlərlə təhqiramiz ifadələr işlətdiyini qeyd ediblər. Lakin diqqətəlayiqdir ki, mənbəmizin verdiyi məlumata görə, Nikolun “şahidləri” hadisələrin bu cür inkişafının qəti əleyhinə çıxıblar. Sonuncular “yatmış” ictimaiyyəti öz əlləri ilə ayıldacaqlarından qorxduqlarını bildiriblər. Yəni, gəlin parlament sual-cavabı gününü də başa vuraq, sonra baxarıq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin