Makron yenidən seçilmək hüququna malik deyil| Avropada nə dəyişir?

2024/06/1718172989.jpg
Oxunub: 409     17:40     12 İyun 2024    
Fransa prezidenti Emmanuel Makron ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb. O, parlamenti buraxır və növbədənkənar seçkilər üçün səsvermə birinci və ikinci turlarla iyunun 30-u və iyulun 7-nə təyin edilib.

Makron bunu Avropa Parlamentinə seçkilərdə Fransanın göstəricilərinin nəşr olunmasından sonra açıqlayıb. Fransada hakim qüvvə, Makronun rəhbərlik etdiyi “İntibah” hərəkatı Avropa Parlamentinə keçirilən seçkilərdə məşhur Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” partiyasına əhəmiyyətli dərəcədə uduzub.

Bu, Makronun parlament seçkilərində parlament çoxluğunu itirəcəyi anlamına gəlirmi? Fransa prezidenti bəyan edib ki, heç nə olmamış kimi davrana bilməz. Eyni zamanda, Fransa prezidentinin növbədənkənar seçki ssenarisinə sahib olduğu və belə bir inkişafa hazır olduğu şübhəsizdir. Qeyd etmək lazımdır ki, digər Avropa liderlərinin rəhbərlik etdikləri qüvvələr Avropa Parlamentinə seçkilərdə məğlub olublar, Almaniyada sosialistlər və “Yaşıllar” koalisiyası təkcə Xristian Demokratlara deyil, həm də “Almaniya üçün Alternativ” siyasi birliyinə uduzub.

İtaliyada da sağçılar qələbə qazanıblar. Beləliklə, Avropa Parlamenti seçkiləri Avropada siyasi vəziyyətin nəzərəçarpacaq dərəcədə dəyişdiyini göstərir. Təbii ki, bunu Avropa strategiyasında əhəmiyyətli dəyişikliklə qarışdırmaq olmaz. Bununla belə, Avropada mühüm münasibətlə diqqəti cəlb edən Fransada əhval-ruhiyyələrin dəyişməsi kifayət qədər nəzərəçarpan və hissolunandır.

Fransa keçiriləcək parlament seçkilərinin nəticəsinin necə olacağını və bundan sonra ölkənin prezident seçkilərinə də gedib-getməyəcəyini söyləmək çətindir. Əgər, məsələn, Avropa Parlamenti seçkilərində uduzduqdan sonra Makron parlament seçkilərini elan edirsə, burada ya o, öz siyasi qüvvəsi ilə revanşa nail olmağı bacarmalıdır, ya da buna nail olmamaq halında məntiq göstərir ki, Fransa prezidenti artıq növbədənkənar prezident seçkilərini elan edə bilər. Ancaq burada bu halı qeyd etmək lazımdır ki, Makron yenidən seçilmək hüququna malik deyil.

O, 2022-ci ildə ikinci müddətə seçilib və növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Avropa  


Bizi "telegram"da izləyin