Ərdoğan-Putin görüşündən öncə sinxronizasiya – BAXIŞ BUCAĞI

2024/06/1718172853.jpg
Oxunub: 430     11:21     12 İyun 2024    
İyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentinin dəvəti ilə Ankaraya səfər etdi. Səfəri zamanı ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Görüşdə regional və beynəlxalq əhəmiyyətli məsələlər barədə də danışılıb. Artıq aylardır ki, Türkiyə və Rusiya arasında prezidentlərin görüşü gözlənilir, müxtəlif səbəblərdən görüş təxirə salınır.

Sözün əsl mənasında bir neçə gün əvvəl Peskov bildirib ki, Rusiya-Türkiyə yüksək səviyyəli görüşü, əlbəttə, olacaq və yaxın gələcəkdə bunun üçün imkan yarandıqda baş tutacaq. Rusiya təkzib etmir, amma təsdiq də etmir. Putinlə Ərdoğanın razılaşa bilmədiklərini söyləmək çətindir, lakin şübhəsiz ki, problem onların iş qrafiki deyil. Əvvəllər sanki aylarla davam edən belə çətinliklər olmurdu.

Buna paralel olaraq Putinlə İlham Əliyev arasında əməkdaşlıq və razılaşmalar kifayət qədər sakit və uğurla davam edir. Putin bir neçə gün əvvəl Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Şimal-Cənub geosiyasi və geoiqtisadi marşrutu haqqında danışıb, Azərbaycanın buradakı mühüm rolunu qeyd edib.

Görünür, Putinlə görüşdən öncə Türkiyə Prezidenti Azərbaycan-Rusiya münasibətlərində Tükiyənin mövqeyinin baş verən proseslərə uyğun olaraq uzlaşdırılmasına və bundan sonra hansı dəqiq addımların atılacağı barədə müzakirələrin aparılmasına üstünlük verir. Habelə məsələ Qafqazla yanaşı, Suriya istiqamətindəki proseslərlə bağlı olduğundan baxış bucağı genişləndirilir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Putin   Azərbaycan  


Bizi "telegram"da izləyin