Şolts sağçıların Avroparlamentə seçkilərdəki uğurunu Ukraynaya dəstək üçün maneə hesab etmir

2023/05/1685078081.jpg
Oxunub: 150     23:12     11 İyun 2024    
Almaniya Kansleri Olaf Şolts sağçı qüvvələrin, o cümlədən “Almaniya üçün Alternativ” (AfD) partiyasının Avropa Parlamenti (AP) seçkilərində qazandığı uğurların Ukraynaya gələcək dəstəyin qarşısının alınmasına maneə olacağına inanmır.

Ordu.az xəbər verir ki, bu barədə o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Vətəndaşların böyük əksəriyyəti Ukraynanın dəstəklənməli olduğuna inanan partiyaları dəstəkləyir. Bu, Almaniyaya da aiddir, bütünlükdə Avropa Parlamentinə də”, - O.Şolts deyib.

Bununla belə, o vurğulayıb ki, ağıllı, ehtiyatlı siyasət həm də Ukraynanı bu gün olduğu kimi geniş miqyasda dəstəkləmək üçün əsasdır.

Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ölkənin 2024-cü il üçün büdcəsində bu məqsədlər üçün 7 milyard avrodan çox vəsait nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Avroparlament  


Bizi "telegram"da izləyin