Sabah Malavidə vitse-prezidentin təyyarə qəzasında həlak olması ilə bağlı matəm elan edilib

2024/06/975ca-1718131198.jpg
Oxunub: 171     22:24     11 İyun 2024    
Malavi prezidenti Lazarus Çakvera vitse-prezident Saulos Çilimanın təyyarə qəzasında həlak olması ilə bağlı iyunun 12-də milli matəm elan edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.

Qeyd edək ki, iyunun 10-da vitse-prezident və daha 9 nəfəri daşıyan təyyarə qatı duman səbəbindən ölkənin Bombo bölgəsində qəzaya uğrayıb. Xilasedicilər təyyarənin və ölənlərin cəsədlərinin qalıqlarını iyunun 11-də Çikanqva meşəsi ərazisində aşkar ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malavi   Matəm  


Bizi "telegram"da izləyin