HƏMAS atəşkəs təklifinə rəsmi olaraq cavab verib

2024/05/1717132517.jpg
Oxunub: 184     22:15     11 İyun 2024    
HƏMAS atəşkəs təklifi ilə bağlı Misir və Qətərə rəsmi olaraq cavab verib.

Ordu.az xəbər verir ki, HƏMAS hərəkatının Qəzzada atəşkəs təklifi ilə bağlı Misir və Qətərə rəsmi olaraq cavab verdiyi bildirilir.

Qeyd olunur ki, HƏMAS İsrailin qoşunlarının çıxarılması və girovların dəyişdirilməsi şərtləri ilə atəşkəs təklifini qəbul etməyə hazırdır.

Xatırladaq ki, iyunun 10-da BMT Təhlükəsizlik Şurası ABŞ lideri Co Baydenin Qəzza zolağında atəşkəs planı ilə birlikdə ABŞ-ın qətnaməsini qəbul edib. Səsvermə zamanı qətnaməni 15 ölkədən 14-ü dəstəkləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS  


Bizi "telegram"da izləyin