Azərbaycanın XİN başçısı ukraynalı həmkarı ilə humanitar yardımı müzakirə edib - FOTOLAR

2024/06/95a47-5154389994.jpg
Oxunub: 194     22:08     11 İyun 2024    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransı çərçivəsində ukraynalı həmkarı Dmitro Kuleba ilə humanitar yardım daxil olmaqla bir sıra məsələləri müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Nazirlər müxtəlif sahələrdə, o cümlədən humanitar yardım, nəqliyyat və əlaqə sahələrində Azərbaycan-Ukrayna əməkdaşlığını müzakirə ediblər. Həmçinin son regional vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin normallaşması prosesi, onun son prosesləri və etimadın yaradılması istiqamətində görülən tədbirlərə də toxunulub.”, – XİN-in mətbuat xidməti diqqətə çatdırıb.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ukrayna  


Bizi "telegram"da izləyin