Qəzzaya gedən 2 mindən çox yük maşını Misirdə gözləyir

2024/06/66687-1718125638.jpg
Oxunub: 131     20:43     11 İyun 2024    
İsrail ordusunun davam edən hücumları və Rəfah Sərhəd Keçid Məntəqəsinin bağlı olması səbəbilə Qəzza zolağına getməli olan 2 mindən çox yük maşını Misirdə qalıb.

Ordu.az xəbər verir ki, Qəzzada baş verən hadisələrlə bağlı humanitar yardım və ticarət məhsulları daşıyan 2 mindən çox yük maşınının Misir tərəfində gözlədiyi bildirilir.

Qeyd edək ki, İsrail ordusu mayın 6-da verdiyi açıqlamada fələstinli məcburi köçkünlərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması ilə bağlı xəbərdarlıq edib. Daha sonra isı mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Misir  


Bizi "telegram"da izləyin