Baydenin oğlu silah saxlamaq ittihamı üzrə günahkar bilinib

2024/06/1b4ac-1718124040.jpg
Oxunub: 160     00:07     12 İyun 2024    
Andlı iclasçılar heyəti ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanterin silah saxlaması ilə bağlı iş üzrə ittiham hökmü çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” teleşirkəti məlumat yayıb.

Məlumata görə, Hanter Bayden hər üç ittiham üzrə təqsirli bilinib və onu 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə gözləyir.

Bu, ABŞ tarixində postda olan prezidentin oğlunun cinayətdə təqsirli bilinməsinə dair ilk haldır. Teleşirkət qeyd edir ki, kiçik Bayden ilk dəfə cinayət törətmiş şəxs kimi maksimum cəzadan çox az cəza alacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Baydenin-oğlu  


Bizi "telegram"da izləyin