Avropa Komissiyası Ukraynaya yardım paketi ayıracaq

2024/02/1707203190.jpg
Oxunub: 150     18:50     11 İyun 2024    
Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1,5 milyard avroluq yardım paketi ayıracaq.

Ordu.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, yardımın 10 faizi yenidənqurma və bərpa işlərinə, böyük hissəsi isə Ukraynanın müdafiəsinə yönəldiləcək.

Bundan başqa, Ukrayna maliyyə yardımının 1,9 milyard avrosunu "Ukraine Facility" proqramı çərçivəsində alacaq.

Avropa Komissiyasının prezidenti bildirib ki, G7 ölkələrinin gələn həftə keçiriləcək sammitində Ukraynanın dondurulmuş Rusiya aktivlərindən daha sürətlə necə faydalana biləcəyi müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Ukrayna  


Bizi "telegram"da izləyin