Belarus Nümayəndələr Palatasının sədri: "Azərbaycanla birgə müəssisə yaratmaq lazımdır"

2024/06/e69f5-1718113882.jpg
Oxunub: 192     17:46     11 İyun 2024    
Belarus və Azərbaycan arasında birgə müəssisələr yaradılmalıdır.

Ordu.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşü zamanı deyib.

“Ticari-iqtisadi əməkdaşlıqdan danışarkən, çox gözəl başa düşürük ki, qarşıya qoyulan hədəf çox yüksəkdir və bu il ən yüksək göstəriciyə çatmışıq. Lakin prezidentlərin qarşıya qoyduğu vəzifə 2030-cu ilədək ticarət dövriyyəsini 1 milyard ABŞ dolları səviyyəsinə çatdırmaqdır. Bu isə ilk növbədə sənayeçilərimizin və kənd təsərrüfatı istehsalçılarımızın üzərinə düşür. Burada ən əsası müəyyən müəssisələrin işində iştirak etməklə deputat korpusu üçün yer tapmaq, təşəbbüslər irəli sürmək və onları daha da inkişaf etdirməkdir”, - İ.Sergeyenko bildirib.

Onun sözlərinə görə, Azərbaycan məhsullarına Belarusda tələbat olduğu kimi, Azərbaycanda da Belarus məhsullarına tələbat var: “Belarusdakı Azərbaycan ticarət evi haqqında çox danışılıb. Bu ticarət evini doldurmaq, inkişaf etdirmək və hətta çox güman ki, Belarusda bir az daha tanıtmaq etmək olar ki, fərqli spektrdə məhsullarınız xalqımıza tanış olsun”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Azərbaycan  


Bizi "telegram"da izləyin