Makron parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, istefa verməyəcəyini deyib

2024/06/1718087588.jpg
Oxunub: 121     16:04     11 İyun 2024    
Fransa Prezidenti Emmanuel Makron qarşıdan gələn parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, istefa verməyəcəyini deyib.

Ordu.az xəbər verir ki, bu barədə Fransa dövlət başçısı "Le Figaro" jurnalına müsahibəsində bildirib.

"Konstitusiyanı və onun ruhunu yazan "Milli Birlik" (ifrat sağçı "Milli Birlik" partiyası-red.) deyil. Nəticə nə olursa olsun, qurumlar və prezidentin yeri aydındır", - o deyib.

Xatırladaq ki, Makron Avropa Parlamenti seçkilərində ifrat sağçı "Milli Birlik" partiyasının aparıcı üstünlüyünə cavab olaraq, ölkədə vaxtından əvvəl parlament seçkiləri keçiriləcəyini elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin