“İran international”ın ofisi İsveçdə gizli mənzilə köçürülüb

2024/06/3536a-1718108439.jpg
Oxunub: 163     15:56     11 İyun 2024    
“İran international”ın informasiya vasitəsinin ofisi təhlükəsizlik məqsədi ilə İsveçdə konspirativ mənzilə köçürülüb.

Ordu.az xəbər verir ki, bu barədə “İraninternational” məlumat yayıb.

Məlumata görə, onun reportyoru Mehran Abbasian İsveç polisinin mühafizəsi altında təhlükəsiz yerə köçürülüb. İsveç polisi Abbasianla bağlı təhlükəni “ciddi və real” adlandırıb.

Mehran Abbasian daha çox iranlı Həmid Nurinin İsveçdə məhkəmə prosesinə dair silsilə reportajlar verdiyi üçün dəfələrlə sosial şəbəkə vasitəsi ilə təhdid olunub.

Qeyd edək ki, Hamid Nuri 1988-ci il iyulun 30-dan avqustun 16-dək Tehran hakimiyyətinə müxalifətdə olan məhbusların kütləvi edamında iştirak edib. 2019-cu ildə o, İsveçdə həbs olunub. 2022-ci ildə isə İsveç məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilib.

"İran İnternatoonal" informasiya vasitəsi Tehran hakimiyyətinə müxalif, monarxistlərə məxsusdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-international   İsveç  


Bizi "telegram"da izləyin