Şalva Papuaşvili: "Donor təşkilatları Gürcüstanda terroru adi hala çevirirlər"

2024/04/66141-1712595276.jpg
Oxunub: 122     14:52     11 İyun 2024    
Donorlar Gürcüstanda terror təhlükəsi deməkdir.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, son bir neçə gündə Avropa İttifaqı büdcəsindən maliyyələşən üç QHT-nin nümayəndələri parlament üzvlərini hədələyib, təhdid və təhqirlə məruz qoyub, deputata hücum ediblər.

“Donor təşkilatları maliyyələşdirdikləri təşkilatların siyasi ekstremizmini görmədiklərini iddia edərək Gürcüstanda terroru adi hala çevirirlər. Görünür ki, guya “qəzəblənmiş vətəndaşlar”ın iştirakı ilə media üçün səhnələşdirilən bu "teatr" əslində məqsədlidir. Bu Avropa adına həyata keçirilən siyasi motivli terror kampaniyasıdır”, - deyə Papuaşvili sosial şəbəkədəki səhifəsində yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papuaşvili   Gürcüstan  


Bizi "telegram"da izləyin