Kreml Makronun mümkün istefası ilə bağlı xəbərlərə münasibət bildirib

2024/05/1715232548.jpg
Oxunub: 161     13:23     11 İyun 2024    
Kreml Fransa Prezidenti Emmanuel Makronun mümkün istefası ilə bağlı xəbərləri şərh etməyi tez hesab edir.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiya Prezidentinin sözçüsü qeyd edib ki, Makronun partiyası sürətlə öz mövqeyini itirir.

"Görünür, fransızların nəsə xoşuna gəlmir", deyə Peskov vurğulayıb.

Qeyd edək ki, "Europe 1" radiostansiyası Makronun sağçıların Avropa Parlamentinə seçkilərdə uğur qazanması fonunda istefa vermə ehtimalını nəzərdən keçirdiyi barədə məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Peskov  


Bizi "telegram"da izləyin